Eldar Həsənova orden verildi

img

17-04-2013 [10:55]


Rumıniya prezidenti Trayan Basesku bu ölkədə diplomatik missiyasını başa vuran Eldar Həsənovu ?Xidmətlərinə görə? Böyük Xaç dərəcəli milli ordenlə təltif edib. Səfiri öz iqamətgahında qəbul edən Rumıniya prezidenti ölkəsi ilə Azərbaycan arasında strateji tərəfdaşlığın önəminə diqqət çəkərək münasibətlərin bu səviyyəyə gəlib çatmasında Eldar Həsənovun fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb. APA-nın məlumatına görə, Eldar Həsənov 12 illik səfir fəaliyyətində ikitərəfli əlaqələrin dinamik inkişafı istiqamətində var gücü ilə çalışdığını, qısa müddət ərzində strateji tərəfdaşlığın yaradılması və onun həyata keçirilməsi üzrə fəaliyyət planının imzalanmasının sevindirici hal olduğunu diqqətə çatdırıb. Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri postunu 2001-ci ildən tuturdu. Bu il martın 28-də prezident İlham Əliyev Eldar Həsənovun geri çağırılması haqqında sərəncam imzalayıb. Həmin sərəncamla Eldar Həsənov iqamətgahı Belqrad şəhərində olmaqla Serbiya, Monteneqro və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrində saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA