Prezident Ukraynanın baz nazirinin müavini ilə görüzdü

img

11-04-2013 [10:36]


Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın Baş nazirinin müavini Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Baş nazirin müavini Konstantin Qrişenko Ukrayna prezidenti Viktor Yanukoviçin salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. O, Ukrayna prezidentinin Azərbaycan prezidenti ilə görüşlərini məmnunluqla xatırladığını deyib. Prezident İlham Əliyev dövlət başçıları arasında mövcud olan dostluq əlaqələrinin ölkələrimizin ikitərəfli münasibətlərinin möhkəmləndirilməsi baxımından önəmini qeyd edib. Ölkələrimiz arasında dostluq, tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin mövcud olduğunu vurğulayan dövlət başçısı bu münasibətlərin müxtəlif sahələrdə gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev prezident Viktor Yanukoviçin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Ukrayna dövlətinin başçısına çatdırmağı xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA