çılpaq qızlar Putinin qarzısında aksiya keçirdi

img

08-04-2013 [04:30]


Ukraynanın FEMEN hərəkatının fəalları növbəti yarıçılpaq aksiyaya imza atıblar. ANS PRESS-in məlumatına görə, bu dəfə ukraynalı qızlar Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkeli təccübləndiriblər. Aksiya dövlət rəhbərlərinin Hannoverde yarmarkada "Volkswagen" stendi ilə tanış olanda baş verib. Bir neçə qız maneələri keçərək siyasətçilərin yanına kimi gəliblər. Qurşağa qədər çılpaq olan qızlardan birinin kürəyində Putin təhqir edən yazı yazılıb. Qızlar təhqiredici şüarlar səsdədiriblər. Mühafizə xidmətinin əməkdaşları dərhal aksiyaya müdaxilə edib. Bəzi mətbu orqanlarında yer alan məlumata görə, rəsmilər FEMEN-çi qızlara fikir vermədən sakitçə başqa bir stendə yaxınlaşıblar. Lakin hadisə yerində çəkilən fotolarda da görünür ki, siyasətçilər aksiyadan xəbər tutublar və ona reaksiya veriblər. Kremlin sözçüsü Dimitri Peskov isə bu hadisəni təəsüflə qarşılayıb. "Təssüf ki, belə hadisələr dünyanın hər yerində olur. Artıq kiminsə onları cəzalandırması lazımdır". [center][/center]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA