Saakazvili Türkiyədə yenə Rusiyaya mesaj verdi

img

08-04-2013 [10:43]


üstan prezidenti Mixail Saakaşvili Türkiyənin baş naziri Rәcәb Tayyıb Әrdoğanla görüşüb. Qapalı qapılar arxasında, saat yarım davam edәn görüşdə iki ölkә arasındakı münasibәtlәr müzakirə edilib. Gürcü lider Türkiyədə soyadşları ilə də görüşüb. O, Türkiyənin Bursa vilayətində gürcü mənşəli yerli əhali ilə keçirdiyi görüş zamanı deyib ki, NATO-ya gedən yol Türkiyə ilə dostluq və qardaşlıq əlaqələrinin qurulmasından keçir: "Bu gün siz ölkələrimiz arasında körpü rolunu oynayırsınız. Siz Gürcüstan üçün Avropaya açılan pəncərəsiniz. NATO-ya gedən yol Türkiyə ilə dostluq və qardaşlıq əlaqələrinin qurulmasından keçir. Siz yalnız Türkiyənin vətəndaşları deyilsiniz, siz eyni zamanda, Türkiyənin müvəffəqiyyətli vətəndaşlarısınız. Uzun illər Rusiya imperiyası bizim aramıza nifaq salmışdı. Amma burada abxazlar və gürcülər birgə yaşayırlar. Demək ki, abxazların və gürcülərin qardaşlıq həyatı ola bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA