ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıdadır

img

02-04-2013 [12:49]


ATƏT-in Minsk Qrupunun həmsədrləri Jak For, İqor Popov və Yan Kelli Azərbaycanda səfərdədirlər. APA-nın məlumatına görə, vasitəçilər sabah Azərbaycan rəhbərliyi ilə görüşlərə başlayacaq. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin gedişi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Parisdə keçirilmiş görüşlərin nəticələri müzakirə olunacaq. Həmsədrlərin aprelin 4-də qoşunların təmas xəttini keçərək Dağlıq Qarabağa gedəcəyi də gözlənilir. Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri martın 19-da Xankəndində, martın 20-də İrəvanda olublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA