"Reuters"dən zok iddia: "Bu il Qarabağda müharibə bazlaya bilər"

img

31-03-2013 [12:52]


"Reuters" agentliyi Dağlıq Qarabağ münaqişəsi barədə məqalə yayıb. Agentlik bu il Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılığın əldə olunacağının az ehtimal olunan olduğunu bildirir. Əksinə bu il Qarabağda müharibənin yenidən qızışacağının real olduğuna diqqət çəkilir. "Həm Azəbaycanda, həm də Ermənistanda əhali kompromisslərə hazır deyil. Azərbaycan tərəfi Türkiyə, Ermənistan isə Rusiya ilə təhlükəsizliklə bağlı razılaşma imzalayıb. Azərbaycan dəfələrlə sülhə tərəfdar olduğunu bildirsə də, lazım gələrsə müharibə ilə torpaqlarını azad edəcəyi bəyanatını verib", - deyə məqalədə qeyd olunur. Agentlik qondarma Dağlıq Qarabağ rejiminin baş naziri Araik Arutyunyanın sözü ilə regiondakı vəziyyətə aydınlıq gətirməyə çalışıb. "Əgər müharibə başlasa bu dəfə ölən və yaralananların sayı daha çox olacaq", - deyə "baş nazir" bildirib(ans-press).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA