Sergey Lavrov Ərəb Dövlətləri Liqasını tənqid etdi

img

29-03-2013 [06:56]


Rusiya xarici işlər naziri sergey Lavrov, Ərəb Liqasının Suriya ilə bağlı qərarlarını tənqid edib. Moskvada keçirilən mətbuat konfransı zamanı Lavrov bildirib ki, ərəb ölkələrinin Bəşər Əsəd hökuməti əleyhinə qəbul etdiyi sonuncu qərarlar, bu ölkədə uzun müddətdir ki, davam edən münaqişələrin sülh yolu ilə həllinə ağır zərbə olub. Rusiyanın xarici işlər naziri qeyd edib ki, Ərəb Liqasının bu addımı mahiyyət etibarı ilə bu ölkədə davam edən zorakılıqların sülh yolu ilə həll olunmasına qarşı çıxmaqdır: ?Suriya milli koalisiyasının ölkənin yeganə legitim təmsilçisi kimi qəbul olunması və bu qurumun liqanın tərkibində rəsmi söz sahibi olması vasitəçilərin bütün sülh cəhdlərini puç edir?. Xatırladaq ki, Ərəb Dövlətləri Liqası bu həftə Qətərdə keçirilən sammitdə üzv ölkələrə, Suriya müxalifətinə hərbi yardım göstərmək hüququ verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA