Bəzər Əsəddən yeni xəbər var; Ölüm xəbəri dünyanı qarızdırıb

img

25-03-2013 [11:12]


Suriya prezidenti Bəşər Əsədin ölümü ilə bağlı hələ də heç bir rəsmi məlumat yoxdur. Bu barədə Rusiyanın Suriyadakı səfirliyi bildirib. ?Onun ölümü barədə bizə heç bir şey məlum deyil?, - bu barədə ?İnterfaks? agentliyinə Rusiya diplomatik korpusundan bildirilib. Suriya prezidenti Bəşər Əsədin sağ olmasıyla bağlı Fransanın xarici işlər naziri Loran Fabius da çıxışında bildirib. "İnternet saytlarından biri bu məlumatı yayıb, lakin xəbər təsdiqlənməyib", - Fabius "Europe 1" radiosunun efirindən səsləndirib. Suriyanın Moskvadakı səfirliyi də Bəşər Əsədin ölüm xəbərinin yalan olduğunu açıqlayıb. "Prezident öz vəzifəsini icra edir. Xəbər yalandır", - deyə səfirliyin əməkdaşlarından biri "RİA Novosti"yə bildirib. Qeyd edək ki, dünən "Twitter" sosial şəbəkəsində Suriya prezidenti Bəşər Əsədin ölüm xəbəri yayılmışdı. Suriya dövlət başçısının ölüm xəbəri İsrail və Livan mənbələrinə istinadən yayılmışdı. İddialara əsasən, Bəşər Əsəd əslən iranlı olan mühafizəçisi Mehdi Yakubi adlı şəxs tərəfindən qətlə yetirilib. Hələlik Suriyanın rəsmi dövlət strukturları bu xəbəri nə təsdiq, nə də təkzib edir./ans/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA