"ivanizvilini iqamətgahından uzağa buraxmayın, yoxsa..."

img

25-03-2013 [10:38]


Gürcüstanın Leyborist partiyasının lideri Şalva Natelaşvili erməni dilinə regional status verilməsini ölkənin parçalanma təhlükəsi ilə üz-üzə qalması kimi qiymətləndirib. ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, Natelaşvili jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, erməni dilinə regional status verilməsi məsələsi o deməkdir ki, Gürcüstan tezliklə etnik, dil və dini zəmində yaranacaq qarşıdurmalar nəticəsində bölünəcək. ?Erməni dili regional status alsa, eyni tələblə Gürcüstanda yaşayan azərbaycanlılar və çeçenlər çıxış edəcək. Artıq Zuqdididə çağırışlar səslənir ki, minqrel və svan dilinə status verilsin?, - deyə o vurğulayıb. Leyboristlərin lideri həmçinin İvanişvilini Saakaşvilinin davamçısı kimi xarakterizə edib: ?İvanişvili Türkiyədən məscid layihəsini, İrəvandan isə erməni dilinin regional statusu məsələsini gətirib. O hara gedirsə, hər yerdə anti-gürcü qərarlar qəbul olunur. Onun ətrafından xahiş edirəm ki, iqamətgahından uzağa buraxmasınlar. Əks halda İvanişvili Saakaşvilinin axıradək edə bilmədiklərini edəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA