Boris Berezovski əcəli ilə öldü, yoxsa intihar etdi?

img

24-03-2013 [01:14]


Məşhur rusiyalı iş adamı Boris Berezovski Londonda 67 yaşında həyatını itirib. Onun infarkdan öldüyü bildirilsə də, hələki fakt rəsmən təsdiqlənməyib. Vəkili Aleksandr Dobrovinsk bildirib ki, ona Londondan zəng edərək oliqarxın intiharı barədə məlumat veriblər. ?Boris Berezovski özünü bitirdi",- deyə, o, özünün facebook səhifəsində yazıb. Vəkiln sözlərinə görə, son aylarda Berezovski depressiyada idi, qohumları və dostları ilə çox az ünsiyyət qururdu. Maqnatın ölüm xəbərini onu yaxından tanıyan Demyan Kudryavtsev də təsdiqləyib. Vəkil Mark Feigin isə deyib ki, ölüm xəbərini oliqarxın yaxın dostu Aleksandr Goldfarbdan alıb. Qeyd edək ki, Berezovski 2003-cü ildən Londonda siyasi sığınacaq almışdı. Müxtəlif məlumatlara görə, onun son illərdə ciddi maliyyə problemləri vardı. O, biznesdə uğursuzluğa düçar olmuşdu və Roman Abramoviçlə mühüm məhkəmə prosesini uduzmuşdu(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA