israil Türkiyədən üzr istədi, təzminat da ödəniləcək; Obama "bu, bazlancıqdır" dedi

img

22-03-2013 [11:06]


Bu gün İsrailin baş naziri Benyamin Netanyahu və Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub. Türkiyə mətbuatının məlumatına görə, İsrailin baş naziri Ərdoğandan 2010-cu ildə "Mavi Mərmərə? hadisələrinə görə üzr istəyib. İsrailli nazir həmçinin ölənlərin ailələrinə təzminat ödəyəcəklərini də qeyd edib. Qeyd edək ki, bu gün ABŞ prezidenti Barak Obama Ərdoğan və Netanyahu arasında telefon danışığının olduğunu açıqlamışdı və bunun Obamanın istəyi ilə reallaşdığı bildirilir. Son gəlişmələri dəyərləndirilən ABŞ tərəfi olanlara "bu, bir başlancıqdır", - deyə, münasibət bildirib. Türkiyənin xarici işlər naziri Davudoğlu isə gəlişmələri "istədiyimizi aldıq" kimi dəyərləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA