Saakazvili Azərbaycana səfir təyin etməkdən yayınır

img

19-03-2013 [01:53]


Gürcüstan prezidenti Mixail Saakaşvili bir sıra ölkələrə və təşkilatlara yeni səfirlərin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Saakaşvilinin sərəncamına görə, Belçika Krallığı, Ukrayna, Fransa, ABŞ, Macarsıtan, Avstriya, Latviya, Çexiya və İtaliyaya yeni səfirlər təyin olunub. Qeyd edək ki, bu ilin yanvarında xarici işlər naziri Maya Pandjikidzenin tərtib etdiyi siyahıya uyğun olaraq geri çağırılan səfirlər arasına bu ölkənin Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzenin də adı vardı. Lakin prezidentin sərəncamında Azərbaycana yeni səfirin təyin edilməsi göstərilməyib. Xatırladaq ki, artıq bir müddətdir ki, prezidentin bu sərəncamı gecikdirməsi Gürcüstanda narazılıqlara səbəb olmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA