çinin yeni lideri seçildi

img

14-03-2013 [08:55]


Çin Kommunist Partiyasının mərkəzi komitəsinin yeni baş katibi və Çin Xalq Respublikasının yeni sədri təyin olunub. Gözlənildiyi kimi, bu vəzifəyə Si Çzinpin seçilib. Səsvermə Xalq Nümayəndələrinin Ümumçin Şurasının 4-cü plenar iclasında keçirilib. Si Çzinpin həmçinin Çinin Mərkəzi Hərbi Şurasının sədri seçilib. O, daha əvvəl də partiya daxilində qoşunlara rəhbərlik vəzifəsində çalışıb. Bununla da, Si Çzinpin partiya, dövlət və silahlı qüvvələr üzərində bütün hakimiyyəti öz əlində cəmləşdirib. O, yeni sədr elan edildikdən sonra öz sələfi Hu Tzintaonun qarşısında baş əyərək, onun əlini sıxıb. Bundan sonra Çinin sabiq və yeni liderləri bir-birinə uğurlar arzulayıblar. Qeyd edək ki, Si Çzinpinin Çin Xalq Respublikasının sədri vəzifəsinə seçilməsi 1949-cu ildə Kommunist partiyası ölkədə idarəetməni əlinə aldıqdan sonra hakimiyyətin ilk dəfə dinc yolla təhvil verilməsi halıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA