Bəzər Əsəd səfərbərlik elan elədi

img

13-03-2013 [12:46]


Bəşər Əsəd ölkədə yeni səfərbərlik elan edib. Ümumi İnqilab Şurası Suriya Silahlı Qüvvələri Baş Qərargahının ölkədəki gərginlik səbəbilə ümumi səfərbərlik elan etdiyini xəbər verib. Məlumatda səfərbərliyin 1978-ci il və ondan sonra anadan olanları əhatə etdiyi bildirilib. Qərar eyni zamanda əsgərliyi təxirə salınanlara da şamil ediləcək. Ümumi İnqilab Şurası ordudan qaçan əsgərlərin yerini səfərbərlik elan edərək doldurmağa çalışan Baş Qərargahın məğlubiyyətə düçar olacağını bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA