Ərdoğanın səhhətində problem yaranıb?

img

12-03-2013 [04:08]


Bu gün yerli vaxtla saat 13:35 radələrində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ankaranın Keçiörən məhəlləsində yerləşən evindən Atatürk Tədris və Araşdırma Xəstəxanasına aparılıb. ?Hürriyet? qəzetinin xəbərinə görə, Rəcəb Tayyib Ərdoğan həkim müayinəsindən keçəcək. Rəcəb Tayyib Ərdoğanın xəstəxanada qalıb-qalmayacağı müayinənin nəticəsindən asılı olacaq. Qeyd edək ki, bu gün Rəcəb Tayyib Ərdoğanın xəstələndiyi barədə məlumat yayılıb. Türkiyə mətbuatı baş nazirə soyuq dəydiyini və həkimlərin ona bir neçə gün evdən çıxmamağı tövsiyə etdiklərini yazıb. Bu səbəbdən də bu gün hakim partiyanın parlamentdə keçirəcəyi qrup toplantısı da ləğv edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA