israil prezidenti Ərdoğana "nadan" dedi

img

04-03-2013 [11:06]


İsrail prezidenti Şimon Peres Türkiyəli baş nazirin Vyana şəhərində verdiyi bəyanatı tənqid atəşinə tutub. "Euronews" kanalına verdiyi eksklüziv müsahibədə, İsrail prezidenti Rəcəb Tayip Ərdoğanın sionizmi insanlığa qarşı cinayətlə bərabərləşdirməsindən təəssüfləndiyini deyib: ?Mən buna çox təəsüflənirəm. Bu nadanlıqdan irəli gəlir. Bu lüzumsuz və tam əssasız nifaqı daha da alışdırır. Buna görə bu bəyanatın son günlərin ən təəssüf doğuran hadisələrindən olduğunu düşünürəm? Qeyd edək ki, iki ölkə arasında münasibətlər 2010-cu ildən bəri soyuq olaraq qalmaqdadır. Həmin vaxt İsrail xüsusi təyinatlıları Qəza zolağındakı İsrail blokadasını yarmağa çalışan gəmiyə basqın edərək, 9 türk vətəndaşını qətlə yetirmişdi. Türkiyə baş nazirinin sionizmlə bağlı müqayisəsini eynilə bir neçə gün əvvəl Ankarada səfərdə olmuş ABŞ dövlət katibi Con Kerri pisləmişdi(anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA