BMT-də Xocalı soyqırımı ilə bağlı rəsmi sənəd yayımlanacaq

img

23-02-2013 [12:44]


Azərbaycanın Cenevrədə BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Murad Nəcəfbəyli BMT İnsan Haqları Şurasının prezidentinə Xocalı soyqırımının ildönümü münasibətilə məktubla müraciət edib. Məktubda Xocalının işğalı zamanı Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı kütləvi qətllər və soyqırımı törətməsinə dair faktlar, müxtəlif kütləvi informasiya vasitələri, jurnalistlər və qeyri-hökumət təşkilatlarından sitatlar, ?Xocalıya ədalət? kampaniyası barədə məlumat yer alıb. Məktubda dövlətlərin insan haqlarını pozan və insanlığa qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb etməsi haqqının olduğu vurğulanır. Məktub BMT İnsan Haqları Şurasının 22-ci sessiyasında rəsmi sənəd kimi yayımlanacaq. Analoji məktublar BMT-nin İnsan Haqları üzrə Ali Komissarına, Cenevrədə BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərə də göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA