Saakazvili: "Putindən qorxmadım, bunlardanmı qorxacam?"

img

21-02-2013 [10:55]


Gürcüstan prezidenti Mixail Saakaşvili həbs oluna bilər. Belə bir iddia ilə yerli ?Versia? qəzeti çıxış edib. Etibarlı mənbəyə istinadən edən nəşrin məlumatına inansaq, prokurorluq nümayəndələri xarici diplomatlarla görüşüb və onlara Saakaşvili komandasına daxil olan şəxslərlə bağlı istintaq materiallarını təqdim edib. Həmin sənədlərlə tanışlıqdan sonra diplomatlarda heç bir sual qalmayıb. İddiaya əsasən, diplomatlar faktiki olaraq Tiflis meri Giqi Uqulava və prezident Mixail Saakaşvilinin həbsinə yaşıl işıq yandırıb. Maraqlıdır ki, artıq prezident Saakaşvili bu məlumata reaksiya verib. İvanişvili hökumətindən qorxmadığını deyən prezident ölkəsinin inkişafı naminə etdiklərinə görə cavab verməyə hazır olduğunu bildirib: ?Rusiya prezidenti Vladimir Putin 2008-ci ildə mənə ölüm hökmü çıxarmışdı. Heç onda qorxmadım. Gürcüstanın yeni hakimiyyətinin hədələrindən isə ümumiyyətlə qorxmuram?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA