Səfər Əbiyev Ərdoğanla görüzüb

img

19-02-2013 [05:49]


Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin bu gün qardaş ölkənin baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Səfər Əbiyev həm Türkiyə Respublikasının prezidentinə, həm də baş nazirinə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Hər iki görüş zamanı ölkələr arasında mövcud olan qardaşlıq münasibətləri barədə geniş fikir mübadiləsi aparılıb. Daha sonra nazir Səfər Əbiyevin Türkiyə müdafiə sənayesi müstəşarının müavini Faruk Özli ilə də görüşü olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA