ABŞ Dövlət Departamenti Hafiz Hacıyevin "qulaqkəsmə" əməliyyatından danızdı

img

14-02-2013 [11:04]


Amerika Dövlət Departamenti yazıçı Əkrəm Əylislinin axırıncı ?Daş yuxular? əsərilə bağlı məsələyə münasibət bildirib. ABŞ Dövlət Departamentindən ANS PRESS-ə verilən məlumata görə, qurumun sözçüsü Viktoriya Nuland keçirdiyi brifinqdə bu məsələni yaxından izlədiklərini deyib. ?"Müasir Musavat" partiyasının sədri Hafiz Hacıyevin polisə çağırıldığından xəbərimiz var. Bu, doğru addımdır. Biz ifadə azadlığına inanır və buna dəstəyimizi bildiririk?, - deyə V. Nuland bildirib. Eyni zamanda xanım Nuland Azərbaycan hökumətini Əkrəm Əylisli və bütün vətəndaşların təhlükəsizliyini qorumağa çağırıb. Qeyd edək ki, yazıçı Ə. Əylisinin ?Daş yuxular? əsəri Azərbaycanda ciddi qalmaqala səbəb olub. Bu əsərlə bağlı kütləvi etiraz aksiyaları keçirilib. "Müasir Müsavat" Partiyasının sədri Hafiz Hacıyev isə yazıçının qulağını kəsənə 10 min manat mükafat vəd etməsi barədə bəyanat verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA