"Erməni soyqırımı" yenidən Fransa parlamentində

img

11-02-2013 [06:27]


Qondarma ?erməni soyqırımı?nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan yeni qanun layihəsi Fransa Milli Assambleyasına təqdim olunub. Bu qanun layihəsinin də müəllifi ?Xalq Hərəkatı Uğrunda İttifaq? partiyasının deputatı Valeri Buayedir. Qanun layihəsi Avropa Parlamentinin qəbul etdiyi ?Soyqırımın və hərbi cinayətlərin inkarına görə cinayət məsuliyyətinin nəzərdə tutulması? maddəsinə əsaslanır. Yeni qanun layihəsi ?erməni soyqrımını?nı inkar edənlərin bir il həbs və 45 min avro cərimə ilə cəzalandırılmasını nəzərdə tutur. Qeyd edək ki, ötən il analoji qanun layihəsinin qüvvəyə minməsinin qarşısı Konstitusiya Məhkəməsi tərəfindən alınıb. Konstitusiya Məhkəməsi söz azadlığına zidd olduğunu əsas gətirərək qeyd olunan qanunu qüvvədən salıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA