ABŞ səfiri Azərbaycandakı son etirazlarla bağlı bəyanat verdi

img

29-01-2013 [06:38]


Səfir Riçard Morninqstarın Azərbaycandakı son nümayişlərlə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, səfirlik 24 yanvar tarixində Azərbaycanın İsmayıllı şəhərində insanların xəsarət alması, əmlakların dağıdılması, o cümlədən özəl otelin yandırılması və İcra Hakimiyyəti başçısının şəxsi evi və əmlakına zərər ilə nəticələnən ictimai iğtişaşlarla bağlı xəbərlər alıb: ?Polis 26 yanvar tarixində Bakı şəhərində İsmayıllı sakinləri ilə həmrəylik nümayiş etdirmək üçün keçirilən nümayişi dağıdıb və onlarla nümayişçi saxlanılıb. Bu ayın əvvəlində Bakıda və şəhər ətrafında hakimiyyət nümayəndələrinin qanunazidd əməllərinə qarşı daha iki nümayiş keçirilib. Bunlardan biri icarə haqlarının artırılmasına etiraz edən dükan sahibləri, digəri isə orduda qeyri-döyüş şəraitində baş verən ölüm hallarına etiraz edən vətəndaşlar tərəfindən keçirilib. Polisin nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməsi barədə xəbər yayılıb Biz, İsmayıllıda baş vermiş zorakılığa görə təəssüf edirik. Eyni zamanda, biz qanuni şikayətləri təmin etmək üçün Azərbaycan hökuməti ilə vətəndaşlar arasında konstruktiv dialoqa və hökumət nümayəndələrini sərbəst toplaşmaq və ifadə azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA