NATO-nun enerji təhlükəsizliyi bölməsinin rəhbəri Azərbaycana səfər edəcək

img

28-01-2013 [01:54]


NATO-nun Təhlükəsizlik Problemləri üzrə Departamentin enerji təhlükəsizliyi bölməsinin rəhbəri Maykl Rüle (Michael Rühle) Azərbaycana səfər edəcək. NATO-Azərbaycan Beynəlxalq Məktəbindən (NİSA) APA-ya verilən məlumata görə, səfər çərçivəsində M. Rüle fevralın 4-9-da Bakıda keçiriləcək NİSA-nın qış sessiyasında iştirak edəcək. Sessiyanın əsas müzakirə mövzusu Xəzər regionunda təhlükəsizliyə qarşı təhdidlər olacaq. Səfər zamanı M. Rülenin bir sıra rəsmi görüşləri gözlənilir. O, həmçinin Azərbaycan Diplomatik Akademiyasında da olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA