?Gündoğar ölkə?də ?ipək Yolu?nun izini xatırlayırlar

img

24-01-2013 [01:21]


?Böyük İpək Yolu? Beynəlxalq Gənclər İttifaqının sədri, deputat Fuad Muradov Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe ilə görüşüb. Mətbuat xidmətinin məlumatın görə, görüş zamanı F. Muradov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib. Səfir Vatanabe qədim ipək yolunun Asiya və Avropa ölkələri arasında əlaqələrinin yaranmasındakı roluna toxunaraq bu izin böyük təsir gücünə malik oludğunu vurğulayıb. Yaponiyanın ?İpək Yolu? BGT-ilə əlaqələrinin yaradılmasında öz köməyini əsirgəməyəcəyini deyən səfir əməkdaşlıqdan məmnun olduqlarını bildirib. Yaponiyanın gənclər təşkilatının nümayəndələrinin ?Böyük İpək Yolu? nda təmsil olunması ilə bağlı razılıq əldə olunub. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib. Səfir Vatanabe ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkünün olmasından təəsüfləndiyini, bu vəziyyətin tezliklə ədalətli həllini tapacağına ümid etdiyini bildirib. Səfir həmçinin vurğulayıb ki, Yaponiya höküməti məcburi köşkünlərlə bağlı layihələr həyata keçirir. Vatanabe ?Böyük İpək Yolu? BGT-ni bu layihələrdə birgə işləməyə dəvət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA