Şaxta Rusiyanı iflic edib; 120 nəfər donaraq ölüb

img

27-12-2012 [10:54]


Rusiyanın bəzi bölgələrində temperaturun -50 dərəcəyə enməsi səbəbi ilə insanlar evakuasiya edilir. Son 24 saat ərzində şaxtadan 120-dən artıq insan həlak olub.Sinoptiklər Rusiyanın son illər ərzində ən ağır hava şəraitini yaşadığını deyirlər. Maqadan regionunda yolları qar tutub və qarı yüksəkliyinə görə təmizləmək mümkün deyil. Bəzi yerlərdə qarın qalınlığı 5 metrə çatıb. Sibirin Tuva şəhərində qızdırıcı borular donub. Son günlər temperaturun -40-dan aşağı olması səbəbi ilə şəhər sakinləri məktəblər və xəstəxanalara evakuasiya edilib. Bir neçə gündən sonra havanın bir qədər qızacağı proqnozlaşdırılıb. Rusiyanın xilas işçiləri mərkəzi istilik sistemi və boruların təmin edilməsinə şərait yaranacağına ümid bəsləyirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA