ilham Əliyev Rusiyanın Həztərxan vilayətinin qubernatorunu qəbul edib

img

19-12-2012 [05:06]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı və bu əlaqələrin ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin daha da genişləndirilməsi baxımından önəmini qeyd etdi. Həştərxana səfərini və səfər zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin açılış mərasimində iştirakını xatırlayan Prezident İlham Əliyev son illər ölkəmizlə Həştərxan vilayəti arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndiyini vurğulayıb. Rusiya Federasiyası Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan ilə Həştərxan vilayəti arasında ticarət dövriyyəsinin artmasından, iqtisadi əməkdaşlığın dinamik şəkildə inkişaf etməsindən məmnunluğunu bildirdi. Azərbaycanın Həştərxan vilayətində həyata keçirdiyi humanitar layihələrə görə minnətdarlığını ifadə edən qubernator Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə vilayətdə mühüm ekoloji layihənin həyata keçirilməsinin əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA