Azərbaycan müxalifəti ABŞ səfirliyində olub

img

11-12-2012 [04:05]


Bu gün Amerika Birləşmiş Ştatlarının (ABŞ) Bakıdakı səfirliyində ABŞ dövlət katibinin köməkçisinin müavini Tomas Melia və ABŞ Dövlət Departamentinin təmsilçisi Uendi Silverman ilə Azərbaycanın bir sıra müxalifət partiyalarının sədrləri arasında görüş keçirilib. Vətəndaş və İnkişaf Partiyasının mətbuat xidmətindən MIA-ya daxil olan xəbərə görə, görüşdə Azərbaycan müxalifətini VİP sədri Əli Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və İctimai Palatanın nümyəndəsi Mehriban Vəzir təmsil edib. Müxalifət liderlərinin T.Melia ilə görüşündə ABŞ-Azərbaycan münasibətlərinin mövcud durumu və perspektivi, Azərbaycandakı ictimai-siyasi vəziyyət, qarşıdan gələn prezident seçkiləri və demokratiya ilə bağlı məsələlər ətraflı müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA