Arif Hacılı Amerikadan qayıtdı

img

10-12-2012 [11:34]


Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ABŞ səfərini başa vuraraq Bakıya qayıdıb. Onun ?Yeni Müsavat?a verdiyi məlumata görə, o, demokratiyanın inkişafı, plüralizm və insan haqları ilə məşğul olan təşkilatların dəvəti ilə baş tutan səfər zamanı ABŞ-ın paytaxtı Vaşinqton şəhərində bir sıra görüşlər keçirib. A.Hacılı bildirdi ki, Vaşinqtondan ABŞ Dövlət Departamenti Xarici Əlaqələr və Xarici İşlər Evi, ABŞ Konqresinin xarici əlaqələr İdarəsinin nümayəndələri, ayrı-ayrı demokratiya institutları rəhbərləri ilə rəsmi və qeyri-rəsmi görüşlər keçirib. A.Hacılı həmçinin Freedom House Təşkilatının prezidenti Devid Kremer, Demokratiyanı Müafiə Fondunun direktoru Emanuel Otolengi, Şərqi Avropa və Demokratiya İnstitutunun prezidenti İrena Lasota, Dünya Bankının nümayəndələri və digər qurumların nümayəndələri ilə görüşüb. Görüşlərdə Azərbaycanda demokratiyanın inkişafı, perspektivləri, siyasi məhbuslar, insan haqları ilə bağlı problemlər, 2013-cü ildə keçiriləcək prezident seçkiləri müzakirə edilib. Dünya Bankının nümayəndələri ilə görüşdə isə Azərbaycandakı korrupsiya faktları faktları haqqında fikir mübadiləsi aparılıb. Vaşinqton səfəri çərçivəsində Arif Hacılı əlaqədar qurumların nümayəndələri ilə Güney Azərbaycanda yaşayan soydaşlarımızın problemləri ilə əlaqədar müzakirə aparıb. Müsavat rəsmisinin dediyinə görə, soydaşlarımızın təhsil, milli-mədəni inkişafı sahəsində olan problemləri, İrandan Azərbaycana, Azərbaycandan isə tranzit olaraq başqa ölkələrə narkotik axınının ağır nəticələri və digər məsələlər də müzakirə edilib. A.Hacılı habelə Vaşinqtonda ?Amerikanın səsi?, ?BBC? radiolarına, ?Turan? İnformasiya Agentliyinə müsahibə verib. Onun səfəri barədə Vaşinqtonda nəşr olunan ?Azerireport. com? saytında geniş məlumat verilib. O, eyni zamanda Vaşinqtonda fəaliyyət göstərən AZAD təşkilatının nümayəndələri, Vaşinqton, Nyu-york və Boston şəhərlərində yaşayan Azərbaycan Diaspora Şurası və tələbələrlə də görüşlər keçirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA