Sergey Lavrov NATO-nu gərginlik yaratmaqda ittiham etdi

img

05-12-2012 [10:19]


NATO-nun Türkiyədə Patriot sipərinə yaşıl işıq göstərməsindən sonra, rəsmi Moskva qurumun bu qərarını kəskin tənqid atəşinə tutub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında raket əleyhinə müdafiə sisteminin regionda gərginliyi daha da artıracağını xəbərdar edib. Rusiyalı ali diplomat Suriyadan Türkiyə ərazisinə düşmüş mərmilərin təsadüfi olduğunu vurğulayıb. Kütləvi qırğın silahlarına gəlincə Lavrov Suriyanın kimyəvi silahları tətbiq edəcəyini düşünməyə heç bir lüzum olmadığını deyib. ?Birinci dəfə deyil ki, belə xəbərlər peyda olur - onları şayələr və sızıntılar da adlandıra bilərsiz. Ancaq belə məlumatlarda deyilir ki, guya Suriya kimyəvi silah ehtiyatlarını arsenallardan başqa ərazilərə köçürür və ya Suriya kimyəvi silahları işə salmağa hazırlaşır.Hər dəfə belə şayə və ya məlumat sızıntısı ilə rastlaşanda, həmin informasiyanın doğruluğunu təkrar-təkrar yoxlamaqdan ötrü lazımı tədbirlər görürük, ancaq elə hər dəfə də, sonda belə planların oladığını müəyyən edirik?, - deyə Sergey Lavrov bildirib. Fransanın xarici işlər naziri Lorent Fabius Patriot zenit-raket kompleksininTürkiyənin sərəncamına verilməsini nəzərdə tutan 4-cü maddə ətrafında nazirlərin yekdil razılığa gəldiyini desə də, ondan yalnız müdafiə məqsədilə istifadə edilməli olduğunu vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA