Prezident səfirləri qəbul etdi

img

30-11-2012 [05:36]


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkəmizə təyin olunan bir neçə səfirin etimadnaməsini qəbul edib. Mia.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 30-da Portuqaliyanın yeni səfiri Jorj Tito de Vaskonselos Kabralın və Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xorxe Patrisio Aransibia Reyesin etimadnaməsini qəbul edib. Ölkə başçısı həmçinin Seynt Vinsent və Qrenadinin və eləcə də Nigeriya Federativ Respublikasının yeni səfirlərinin etimadnaməsini də qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA