Avropa Birliyinin büdcəsini razılazdırmaq mümkün olmayıb

img

23-11-2012 [06:27]


Avropa Birliyinin 7 illik büdcəsini müzakirə edən liderlər noyabrın 23-də razılığa gələ bilməyiblər və müzakirələri davam etdirmək qərarına gəliblər. Brüsseldə keçirilən toplantıdan sonra Almaniya kansleri Angela Merkel jurnalistlərə deyib ki, bu həftəsonu razılaşmanın əldə edilməsini mümkün hesab etmir, onun fikrincə, daha uzunmüddətli danışıqlara ehtiyac var. Fransa prezidenti Francois Hollande isə deyib ki, 2014-2020-ci illər üçün Avropa Birliyinin 1 trilyon avroluq büdcəsi qəbul oluna bilər. Avropa məkanında iqtisadi problemlərə görə Birliyin büdcəsinin əsas mənbələri olan Almaniya, Britaniya kimi ölkələr xərclərin azaldılmasını istəyirlər. Amma Fransa birliyin daha kasıb ölkələrində kənd təsərrüfatına yardımların və inkişaf proqramlarına yardımların davam etdirilməsinə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA