ivanizvili ABŞ-dan sonra Bakıya gələcək

img

22-11-2012 [07:44]


Gürcüstanın baş naziri Bidzina İvanişvili növbəti səfərini Azərbaycana edə bilər. Baş nazir bu gün Tiflisdə keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ-a səfəri təxirə salındığına görə, növbəti səfəri çox güman ki Azərbaycana olacaq. ?Bu səfər Azərbaycanla münasibətləri möhkəmləndirmək niyyətimizə sübut olacaq. Düzdür, Azərbaycanla indi də xoş münasibətlərimiz var, lakin biz bu münasibətləri daha da yaxşılaşdırmaq istəyirik?. İvanişvili bildirib ki, Azərbaycan Gürcüstana qazı ?çox maraqlı qiymətə? nəql edir: ?Gürcüstan əhalisi buna görə Azərbaycana çox minnətdardır və gələcəkdə bu fikrimi daha dəqiq ifadə edəcəyəm. Göstərdiyi köməyə və əməkdaşlığa görə Azərbaycana minnətdaram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA