AiDP sədri israil rəhbərliyini qatil adlandırdı

img

19-11-2012 [12:18]


"İsrailin Fələstini bombalaması, dinc insanları qətlə yetirməsi bəşəri cinayətdir". Bu fikri AİDP sədri Tahir Abbaslı bildirib. Qəzza zolağında baş verənlərə münasibət bildirən partiya sədri deyib ki, İsrail tezliklə qətliamları dayandırmalıdır: "Biz AİDP olaraq İsrailin bu hərəkətini qınayırıq və bəşəri cinayət kimi qiymətləndiririk. İsrailə rəhbərlik edən şəxslərin əli uzun illərdir qana batmaqda davam edir. Biz hesab edirik ki, İsrail bir an öncə bu qətllri durdurmalıdır". AİDP sədrinin fikrincə ABŞ-da keçirilən seçkidən dərhal sonra bu addımın atılması onu göstərir ki, düymə ABŞ-da basılıb: "Hesab edirəm ki, plan ABŞ-da hazırlanıb. Sadəcə seçki ərəfəsində nifrət qazanmamaq üçün həyata keçirilməsi təxirə salınırdı. Seçki bitən kimi, başladılar". T.Abbaslının fikrincə ABŞ-İsrail cütlüyünün bu planı əslində Suriya və İranla bağlıdır: "Onlar bu iki ölkəni ram etmək, qıcıqlandırmaq, reaksiyasını yoxlamaq üçün Fəlsətin kartından istifadə edirlər, bu ölkəni bombalayırlar".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA