Türkiyədən israilin aviazərbələrinə sərt reaksiya

img

16-11-2012 [06:44]


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza zolağına aviazərbələr endirməsinə münasibət bildirib. Türkiyənin baş naziri qəzzalıların yanında olduqlarını, məsələ ilə bağlı ABŞ prezidenti Barak Obama ilə telefon danışığı aparacağını bildirib. "Əvvəl də İsrailin işi bitirmə nöqtəsinə gəldiyi anda nə baş verdiyini anlamadan Qəzza zolağına hücumları olmuşdu. O hücumdan sonra 2008-ci il seçkiləri gəlirdi. 1500 qəzzalı ölmüş, 5000 adam da yaralanmışdı. İndi də seçki ərəfəsindədir. Gələn ay seçki olacaq və bunun ərəfəsində hökumət belə bir hücumu həyata keçirməklə, Qəzza zolağındakı günahsız insanları öz bildiyi kimi məhv etməyə başlayıb. Dünyada məlum aparıcı qüvvələr yenə bunun hesabını Qəzza xalqına, hücumu dəf edənlərin özlərinə kəsməyə çalışır, və biz də Türkiyə Cümhuriyyəti olaraq, təbii ki, Qəzzadakı qardaşlarımızın yanındayıq. Haqlı müharibələrin tərəfindəyik. Bu axşam Obama ilə telefon danışığım olacaq. Putinlə görüşməyimi də istəyirlər. İsrail bu hücumçu mövqeyini davam etdirir. Ümid edirəm ki, BMT-ni n Təhlükəsizlik Şurasının və dünyanın aparıcı qüvvələrinin nümayiş etdirəcəyi mövqe ilə İsrailin bu hücumçu mövqeyinə son qoyular", - deyə Ərdoğan vurğulayıb. Türkiyə prezidenti Abdulla Gül də İsrailin Qəzza zolağına aviazərbələr endirməsinə münasibət bildirib. O, çox təhlükəli bir gərginliyin artdığını deyib: ?Dünyanın bu hücuma göz yumması qeyri-mümkündür. Belə bir qanlı seçki yatırımı gərək olmasın. Qanlı əməliyyatlar davam edərsə, bölgədə iki dövlətin yan-yana yaşaması təhlükə altına düşər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA