Türkiyə qırıcılarına Suriya təyyarələrini vurmaq əmri verildi

img

12-11-2012 [06:19]


Türkiyə-Suriya münasibətləri yenidən gərginləşib. ?Hürriyet? qəzetinin verdiyi məlumata görə, bu səhər Suriya qırıcı təyyarələrinin Türkiyə ilə sərhədin yaxınlığında yerləşən Rasulayn rayon mərkəzini bombalayıb. Bomba qəlpələrinin sərhədin digər tərəfindən Türkiyənin Ceylanpınar rayon mərkəzinə düşməsi nəticəsində 1-i əsgər olmaqla, 3 nəfər yaralanıb. Bundan sonra Diyarbəkirdən çoxlu sayda türk qırıcı təyyarələri havaya qaldırılıb. ?F-16? təyyarələri təcili olaraq bölgəyə göndərilib. Hərbi sursat yüklü qırıcı təyyarələrə Suriya qırıcıları sərhədi keçəcəyi halda onları vurmaq əmri verilib. Bu arada NATO baş katibi Anders Foks Rasmussen yaranmış vəziyyətlə bağlı bəyanat verib. O bildirib ki, NATO Türkiyəni qorumaq və müdafiə etmək üçün nə lazımdırsa, edəcək (lent.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA