Türkiyə Ermənistanın daha bir təyyarəsini endirdi

img

08-11-2012 [10:17]


Türkiyə hava məkanından keçməklə Suriyaya getmək istəyən Ermənistanın daha bir AN-12 tipli yük təyyarəsi Ərzurum Hava Limanına endirilib. Türkiyə silahlı qüvvələri bunun səbəbini təyyarədə hərbi sursat ola biləcəyi ehtimalı ilə etdiyini açıqlayıb. Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda Özəl Hərəkat mütəxəssisləri itlərin dəstəyi ilə təyyarədə arama aparırlar. Hadisə yerinə şəhərin vali köməkçisi Özgür Arslan da gəlib. Hələlik yoxlama ilə bağlı rəsmi açıqlama yayılmayıb. Xəbərə görə, Ermənistan tərəfi isə təyyarədə humanitar yardım olduğunu bildirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA