PKK terrorçuları toy karvanına hücum etdi: 1 ölü, 18 yaralı

img

04-11-2012 [09:31]


Türkiyənin Hakkari vilayətinin Şemdinli qəsəbəsində növbəti terror aktı törədilib. "Doğan" agentliyinin verdiyi məlumata görə, PKK terrorçuları qəsəbənin girişində partlayıcı quraşdırılmış avtomobili partladıblar. Həmin vaxt oradan xüsusi təyinatlıların zirehli maşını keçirmiş. Xüsusi təyinatlılardan bir neçəsi yüngül xəsarət alıb. Ən böyük faciə ilə isə yaxından keçən toy karvanı üzləşib. Partlayış nəticəsində 11 yaşlı uşaq həlak olub, 18 nəfər isə yaralanıb. Türkiyənin baş naziri Rəcəb Tayyb Ərdoğan baş vermiş terror aktına münasibət bildirib. O, hadisəni "alçaq hücum" adlandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA