Səfər Əbiyev iran səfirini qəbul edib

img

31-10-2012 [12:43]


Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı əlaqələr, bölgədəki hərbi-siyasi vəziyyət və Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda səfir Möhsün Pakayin İran İslam Respublikasının Azərbaycan Respublikasına təyin edilmiş yeni hərbi attaşesini müdafiə nazirinə təqdim edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA