Bu gün Ukraynada parlament seçkiləridir

img

27-10-2012 [08:06]


Öz qalmaqalları ilə seçilən Ukrayna parlamentinə bu gun səsvermə keçirilir. Siyasi şərhçilərin proqnozlarına görə, sabahkı seçkilər gərgin keçəcək və Ukrayna prezidenti Viktor Yanukoviçin rəhbərlik etdiyi ?Regionlar? Partiyası üstünlük əldə edəcək. Sabah Ukraynada keçiriləcək parlament seçkilərinə hazırlıq işləri başa çatıb. Ukraynadakı parlament seçkiləri isə həm qərb, həm də Rusiya tərəfindən böyük maraqla izlənilir. Seçkilərdə müxtəlif beynəlxalq təşkilatların nümayəndələrindən və jurnalistlərdən ibarət müşahidəçi ordusunun iştirak edəcəyi gözlənilir. Ukrayna prezidenti Viktor Yanukoviç sabah keçiriləcək parlament seçkiləri ərəfəsində televiziya ilə xalqa müraciət edib: ?Bu gün Ukrayna demokratiya yolunda möhkəm dayanır. Müstəqil bir dövlət olaraq öz hökumətimizi azad və ədalətli seçkilər yolu ilə seçmək haqqımız var. Builki seçkilər bütün parlament fraksiyalarının dəstəklədiyi yeni qaydalara əsasən keçiriləcək. Ukraynalılar öz deputatlarını təkcə partiya siyahısından deyil, həm də seçki dairələrindən seçəcəklər. Seçki kampaniyası rəqabət mühitində həyata keçirilir. Seçkilərdə beş mindən çox namizəd iştirak edir. Onlar ölkənin inkişafı istiqamətində müxtəlif ideologiya və yanaşmaları seçiblər?. Parlament seçkilərində ümumilikdə 87 siyasi partiya iştirak edəcək. Ukrayna seçiciləri deputatların yarısını siyasi partiyalardan, o biri yarısını isə majoritar sistem üzrə bir mandatlı dairələr üzrə seçəcək. Seçkilərdə mübarizənin əsas 4 cəbhə - hazırki prezident Viktor Yanukoviçin ?Regionlar? Partiyası, keçmiş baş nazir Yuliya Timoşenkonun Batkivşina Partiyası, Arseni Yasenyukun rəhbərlik etdyi müxalifət koalisiyası və boksçu Vitali Kliçkonun ?Udar? Partiyası arasında gedəcəyi gözlənilir. Müxalifətin təmsilçiləri olan və həbs olunmuş Yuliya Timoşenko və keçmiş daxili işlər naziri olan Yuriy Luçenko isə öz namizədliklərini irəli sürə bilməyəcəklər. Ekspertlər müxalifət təmsilçilərinin seçkilərdə iştirak etməməsinin səsvermənin nəticələrinə təsir göstərəcəyini də istisna etmirlər. Bu səbədən də seçkilərdən əvvəlki rəy sorğusunda müxalifət partiyalarının reytinqi yüksək olsa da, qələbəyə prezident Viktor Yanukoviçin partiyasının daha yaxın olduğu proqnozlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA