Hillari Klinton siyasətdən gedir

img

27-10-2012 [02:57]


ABŞ dövlət katibi Hillari Klinton noyabrın 6-da keçiriləcək prezident seçkilərinin nəticəsindən asılı olmayaraq postunu tərk etmək niyyətindədir. Lent.az-ın ?The Washington Times? qəzetinə istinadən verdiyi məlumata görə, Hillari Klinton bunu oktyabrın 26-da, 65 yaşının tamam olduğu gündə bəyan edib. Hillari Klinton bildirib ki, inauqurasiyadan sonra tezlikdə postundan getmək niyyətindədir. O deyib ki, həyatının qalan hissəsini beynəlxalq siyasətə yox, daha sakit işlərə həsr etmək istəyir. Bununla belə, Hillari Klinton istefa niyyəti barədə hələ Barak Obam ilə danışmadığını da söyləyib. Qeyd edək ki, Barak Obama dəfələrlə Hillari Klintonun işindən razı qaldığını və növbəti müddətə prezident seçilərsə, onunla çalışmaq istədiyini bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA