Sarkisyan Dağlıq Qarabağda müharibə bəyanatları verdi

img

24-10-2012 [10:00]


Azərbaycanın işğal altındakı ərazilərində olan Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağda Ermənistan hərbi birləşmələrinin hərbi təlimlərinin yekun mərhələsini izləyib. Serj Sarkisyan əsgərlər qarşısındakı çıxışında bəyan edib ki, Ermənistan ordusu heç vaxt vaddi ehtiyac çəkməyib: ?Dünən və bu gün olduğu kimi, sabah da siz ən müasir silahlara malik olacaqsınız. Başqa yolumuz yoxdur. Biz elə bölgədə yaşayırıq ki, təhlükəsizliyimizi özümüz təmin etməliyik. Təbii ki, dostlar və müttəfiqlərin yardımı ilə. Lakin bilin ki, özünü qorumaq iqtidarında olana yardım edirlər?. Serj Sarksyan və Dağlıq Qarabağ separatçı rejiminin lideri Bako Saakyan hərbi hissələrdən birinin cəbbəxanasının açılışında da iştirak ediblər. Axşam saatlarında isə Serj Sarkisyan Xankəndidə yüksək rütbəli hərbçilərin iştirakı ilə müşavirə keçirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA