Saakazvili: "Yadınızda saxlayın, biz sehrbazıq..."

img

22-10-2012 [10:45]


Gürcüstan prezidenti Mixail Saakaşvili xalqa çoxlu möcüzələr vəd edib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, yeni çağırış parlamentin ilk iclasında çıxış edən prezident maraqı ifadələr işlədib. ?Biz sehrbazıq, hələ bir çox möcüzələrin şahidi olacağıq?, - deyə o vurğulayıb. Kutaisidəki yeni parlament binası haqda danışan Saakaşvili parlamentin bura köçürülməsinin əleyhinə olanlara tutarlı cavab verib. ?Yaxşı zaldır, maraqlı tərkibdir. Bir həftə öncə deyirdilər ki, binanın təmiri hələ başa çatmayıb, su axır və s. Onda onlara dedilər ki, bir həftəyə bütün işlər yekunlaşacaq. Bundan sonra sualları belə oldu- siz bəyəm sehrbazsınız? Yadınızda saxlayın, biz sehrbazıq və hələ qabaqda bir çox möcüzələr baş verəcək?, - deyə prezident fikrini tamamlayıb. anspress

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA