Gürcüstan parlamentinin yeni spikeri seçildi

img

22-10-2012 [10:43]


Xəbər verildiyi kimi, bu gün Kutaisidə Gürcüstan parlamentinin ilk iclası keçirilib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, prezident Mixail Saakaşvilinin çıxışından sonra deputatlar parlamentin spikerini seçib. Gözlənildiyi kimi bu posta Respublikaçılar Partiyasının sədri David Usupaşvili layiq görülüb. Gizli səsvermə zamanı Usupaşviliyə 88 nəfər səs verib. ?Milli Hərəkat? partiyasının üzvləri bu səsvermədə iştirak etməyib. Yeni spiker David Usupaşvili bəyan edib ki, oktyabrın 25-də parlamentdə Gürcüstanın yeni hökumətinin tərkibi təsdiqlənəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA