Müdafiə Nazirliyindən erməni generala cavab

img

16-10-2012 [12:44]


?Düşmən bu cür danışmağa adət edib. Dəfələrlə belə cəfəng və sərsəm bəyanatların şahidi olmuşuq. Bunu düşmənin növbəti boşboğazlığı kimi qəbul edirik. Onun gücü və ağlı özününkü deyil, kənardan gəlmədir?. Bu sözləri Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Eldar Sabiroğlu erməni generalı Artak Davityanın Azərbaycanın neft və qaz infrastrukturunun vurulmasına yönəlmiş hədələrinə münasibət bildirərkən deyib: ?Əvvəla, Azərbaycanın neft və qaz yataqları dünyanın ən böyük dövlətləri və şirkətləri ilə birgəistifadədir. İkincisi, Azərbaycan öz neft və qaz yataqlarının istismarını həyata keçirdiyi kimi, onuqorumağı da bacarır və hava hücumundan müdafiə üçün nə gərəkdirsə bütün tədbirlər əsas diqqət mərkəzindədir. Əksinə düşmənin anlaması lazımdır ki, Azərbaycanın Silahlı Qüvvələrinə məxsus yeniraket sistemləri Ermənistanın istənilən strateji obyekt və hədəflərini vurmağa qadirdir. Bunları boşuna səsləndirmirik. Sadəcə Azərbaycanın gündən-günə inkişafı, əldə etdiyi uğurlar, dövlət büdcəsində müdafiəxərclərinin yenə də artırılması Ermənistanı çıxılmaz vəziyyətə salıb. Ona görə də daxili publikaya hesablanmış belə ağılsız bəyanatlarla erməni ictimaiyyətinin etirazlarını azaltmağa çalışırlar. Hədənin başlıca məqsədi məhz bundan ibarətdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA