Türkiyə Suriyanı hədələdi

img

14-10-2012 [02:21]


Suriya ilə Türkiyə arasında gərginliyin artması fonunda, bir çox Avropa və Ərəb ölkələri liderləri, nümayəndə heyətləri İstanbulda bir araya gəlib. Qonaqları qarşılayan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Almaniyalı həmkarı Qido Vestervellə görüşüb. İki tərəfli görüşdən sonra verdiyi birgə mətbuat konfransında, Davudoğlu, hücuma məruz qalacağı təqdirdə ölkəsinin güc tətbiq etməyə hazır olduğunu qeyd edib. ?Biz artıq Türkiyə parlamentinin bununla bağlı razılığını almışıq. Hazırda cəbhə xəttində bütün lazımı ehtiyat tədbirləri görülməkdədir?. Türkiyəli nazir Türkiyə sərhəddinin eyni zamanda bir NATO sərhədi olduğunu xatırladıb. Türkiyəli nazir Ağçaqalada 5 dinc sakinin ölümü ilə nəticələnmiş hücumdan sonra Suriyanın ölkənin bu addımı təkrarlamayacağına ümidvar olduğunu bildirib. Öz növbəsində Almaniyanın xarici işlər naziri Gido Vestervelle Suriyadan fərqli olaraq Türkiyənin son hadisələrdən sonra ?soyuqqanlı davranışını? alqışlayıb. Almaniya Suriya ilə diplomatik böhranda tam şəkildə Türkiyəni dəstəkləyir. Eyni zamanda Almaniya Türkiyəyə Suriyalı qaçqın axınının öhdəsindən gəlməyə kömək etmək niyyətindədir. Bu arada Suriya hava məkanını Türkiyə mülki təyyarələrinin uçuşu üçün bağlayıb. Suriyanın Xarici İşlər Nazirliyi bu addımın Türkiyə tərəfinin hərəkətinə cavab addımı olduğu bildirib. Türkiyə tərəfi isə öz növbəsində ölkə səmasını Suriya təyyarələri üçün bağlamadıqlarını bəyan edib. Buna baxmayaraq Türkiyə Suriya qoşunları üçün silah daşımaqda şübhəli bilinən istənilən təyyarəni yerə endirəcəyini bildirib. Xatırladaq ki, bundan öncə Türkiyə Moskva-Dəməşq istiqamətində uçan Suriya mülki təyyarəsini məcburi olaraq endirmişdi. Mətbuat konfransından sonra Türkiyəli xarici işlə naziri Suriya Milli Şurasının başçısı Əbdülbəsit Seyda və BMT-Ərəb Liqasının Suriya üzrə xüsusi səfiri Laxdar Brahimi ilə də görüşüb. Suriya müxalifət lideri Bəşər Əsəd hökümətinin beynəlxalq təzyiqləri azaltmaq məqsədilə, böhranı ölkə sərhədlərindən kənara yaymağa çalışdığını qeyd edib. Əbdülbəsit Seyda, rəsmi Moskvanın siyasətini tənqid edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA