Azərbaycan və Özbəkistan prezidentləri arasında təkbətək görüz keçirilib

img

12-10-2012 [01:23]


Bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti İslam Kərimovun təkbətək görüşü olub. Görüşdə Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. İslam Kərimovun Azərbaycana rəsmi səfərinin əlaqələrin daha da genişlənməsi baxımından əhəmiyyəti qeyd edilib, iki ölkə arasında münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA