iSESCO-nun direktoru: "Ermənistanın etdikləri əsl ağılsızlıqdır"

img

05-10-2012 [12:53]


"İSESCO Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini geri qaytarmaq səylərini dəstəkləyir". Bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib. O, bu işğalın beynəlxalq hüquqa və BMT-nin qətnamələrinə zidd olduğunu bildirib. İSESCO-nun Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olunmasında maraqlı olduğunu qeyd edən qonaq vurğulayıb: ?Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bölgədə sülhün və sabitliyin bərqərar olunmasına xidmət edəcək. Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır?. Xankəndi aeroportunun istismara verilməsi məsələsinə də münasibət bildirən əl-Tüveycri İSESCO-nun qəti şəkildə bunu pislədiyini deyib: "Ermənistanın etdikləri əsl ağılsızlıqdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA