Saakazvili partiyasının müxalifətə keçdiyini bəyan etdi

img

02-10-2012 [06:24]


Gürcüstan prezidenti Mixail Saakaşvili qurucusu olduğu Vahid Milli Hərəkat Partiyasının müxalifətə keçdiyini bəyan edib. Saakaşvili bildirib ki, dövlət başçısı olaraq yeni parlamentin fəaliyyətə başlayaraq sədr seçməsini və yeni hökuməti formalaşdırmasını təmin etməyə çalışacaq. O, Vahid Milli Hərəkatın lideri olaraq bəyan edib ki, onun partiyası müxalifətə keçir: ?Biz müxalif güc olaraq ölkənin gələcəyi haqda düşünəcəyik və son illər ölkə naminə nə yaradılıbsa, onu qorumaq üçün mübarizə aparacağıq?. Saakaşvili bildirib ki, ?Gürcü Arzusu? koalisiyasının baxışlarını qəbul etmir və aralarında dərin fərqlər var: ?Biz hesab edirik ki, onların baxışları doğru deyil. Lakin qərarı gürcü xalqının əksəriyyəti qəbul edib və biz bu seçimə hörmətlə yanaşırıq?. Bu arada ATƏT, AŞPA və NATO PA-nın müşahidəçiləri Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı birgə bəyanat yayıb. Sənəddə qeyd olunub ki, Gürcüstandakı parlament seçkiləri ölkədə demokratik seçkilərin keçirilməsinin möhkəmlənməsi istiqamətində vacib addımdır. Eyni zamanda bir sıra əsas məsələlərin həll olunmamış qaldığı vurğulanıb. ?Seçkilər rəqabət şəraitində, vətəndaşların fəal iştirakı ilə keçib. Bununla belə, seçki kampaniyası mühiti gərgin olub, bəzən zorakılıq halları qeydə alınıb. Ümumilikdə toplaşma və fikir azadlığına riayət olunub. Amma partiyaların fəallarının və tərəfdarlarının təqib olunması halları da baş verib ki, seçki kampaniyası və etimad mühitinə mənfi təsir edib?. Müşahidəçilər isə seçki prosesinin şəffaf olduğunu da vurğulayıblar: ?Sərt tənqid və çatışmazlıqlarla müşahidə olunan həddən artıq qütbləşmiş kampaniyaya baxmayaraq, gürcü xalqı seçki məntəqələrində öz fikrini azad şəkildə ifadə edib?. ?Gürcüstanda seçkilər azad və ədalətli keçirilib?. Belə bir bəyanatla isə Demokratiya və İqtisadi İnkişaf Uğrunda təşkilatın - GUAM-ın müşahidə qrupunun bu ölkədə keçirilən seçkilərin yekunu üzrə çıxış edib. Bəyanatda deyilir ki, Gürcüstanda parlament seçkiləri beynəlxalq öhdəliklərə və ATƏT-in və Avropa Şurasının standartları daxil olmaqla, demokratik seçkilərin standartlarına, həmçinin Gürcüstanın Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış öhdəliklərə uyğun olaraq təşkil edilib və keçirilib. Qeyd edək ki, Gürcüstan MSK-nın məlumatına görə, səslərin hesablanmasının hazırkı mərhələsində "Gürcü arzusu" 53,3 faiz səs toplayıb. Hakim "Vahid Milli Hərəkat" 41,5 faiz səslə ikinci yerdədir.#351;

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA