Saakazvili:"Paytaxtda müxalifət güclü oldu"; Gürcü müxalifəti seçkiləri tanıdı (Yenilənib)

img

01-10-2012 [10:49]


Proporsional sistem üzrə ?Exit-poll? nəticələri açıqlandıqdan sonra prezident Mixail Saakaşvili xalqa müraciət edib. O etiraf edib ki, proporsional sistem üzrə müxalif ?Gürcü arzusu? qalib gəlib. Onun sözlərinə görə, Bidzina İvanişvilinin rəhbərlik etdiyi koalisiyanın qələbəsini Tiflisdə yığılan səslər təmin edib. Majoritar sistem üzrə nəticələrə gəldikdə isə prezident ?Milli Hərəkat?ın qələbə qazandığı bəyan edib. ?Parlamentdə kimin çoxluq qazanacağı birazdan bilinəcək. Lakin indidən demək olar ki, seçkilər baş tutub. Gürcüstan hakimiyyəti vəd etdiyi kimi şəffaf seçkiləri keçirə bildi. Paytaxtda müxalifət güclü oldu, bölgələrdə isə üstünlük biz tərəfdədir. Lakin bu o demək deyil ki, biz ölkəni paytaxt və bölgələrə bölürük. Biz hamımız Gürcüstan vətəndaşlarıyıq və indi hamımızın demokratik proseslərə qoşulmağımız vacibdir. Mən prezident kimi yeni parlamentə keçidin ağrısız keçməsinin təminatı olacam?, - deyə Saakaşvili vurğulayıb. *** Gürcüstanda keçirilən parlament seçkiləri başa çatıb. ?Gürcü Arzusu? müxalifət bloku seçkilərin baş tutduğunu elan edib. Blokdan yayılan açıqlamada səsvermə zamanı kütləvi qanun pozuntularının qeydə alındığı, lakin bu qanunsuzluqların seçkinin ümumi nəticələrinə təsir göstərmədiyi bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA