ivanizvili: "Azərbaycanlılar hökumətin yuxarı ezalonlarında təmsil olunacaqlar?

img

01-10-2012 [12:09]


Gürcüstan parlamentinə oktyabrın 1-də keçirilən seçkilərdə iştirak edən ?Gürcü arzusu? seçki blokunun lideri Bidzina İvanişvili sekiləri müşahidə edən missiyaların nümayəndələri ilə görüşəndən sonra Gürcüstan azərbaycanlılarına Azərbaycan Respublikası ilə münasibətlərin perspektivləri barədə danışıb. B.İvanişvili deyib ki, mən azərbaycanlıları çox sevirəm və xalqlarımız bir-birinə çox yaxındır, bizi mehriban dostluq əlaqələri birləşdirir: ?Dəfələrlə demişəm və indi də bəyan edirəm ki, Gürcüstan azərbaycanlılarının vətəndə özlərini tamhüquqlu vətəndaş kimi hiss etmələri, bu ölkənin onların əsl vətənlərinə çevrilməsi üçün əlimdən gələni edəcəyəm. Çalışacağam ki, etnik azərbaycanlılar cəmiyyətə inteqrasiya olunsunlar, özlərinin, ailələrinin, övladlarının talelərini təyin edə bilsinlər, seçkilərdə əvvəlki kimi deyil, real iştirak etsinlər. Biz onlarla çox işləmişik, çoxlu vədlər vermişik. Qoy onlar əmin olsunlar ki, verdiyimiz bütün vədləri yerinə yetirəcəyik. Onlar öz ölkələrinin idarə olunmasında maksimum iştirak edəcək, hökumətin yuxarı eşalonlarında təmsil olunacaqlar?. B.İvanişvili qeyd edib ki, mən bu xalqı çox sevirəm və biz hakimiyyətə gəldikdə bunu işimizlə təsdiq edəcəyik. Azərbaycan dövləti ilə münasibətlərə diqqəti çəkən partiya lideri Azərbaycanın Gürcüstanla yaxın dost münasibətini vurğulayıb və deyib ki, mənim Heydər Əliyevə böyük hörmətim vardı, onunla dostluq əlaqələrimiz, çoxlu görüşlərimiz olub: ?Fəxr edirəm ki, Heydər Əliyev qonağım olmuşdur. Təəssüf edirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əlyevlə görüşməmişik. Mən inanıram ki, biz real dost olacağıq və xalqlarımızın dostluq əlaqələri daha da möhkəmlənəcək?.#601;r. Biz onlarla

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA